Karyerasını başa vuran ispan əfsanə Andres İnyesta "Barselona"ya mümkün qayıdışı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, mətbuata açıqlamasında bu sözləri deyib:

"Bir gün "Barselona"ya dönmək istəyirəm. Düşünürəm ki, klub tarixində izi olanlar hansısa bir yolla gələcəkdə orda olmalıdır. Futbolçu ikən etdiklərimi başqa bir vəzifədə görmək istərdim. Bundan çox məmnun olardım".

Qeyd edək ki, "La Masia" yetirməsi olan İnyesta 1996-2018-ci illərdə Kataloniya klubunda forma geyinib.