"Real"ın heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" qapıçısı Tibo Kurtuanın sol ayağından zədələndiyini açıqlayıb.

"Athletic" nəşrinin məlumatına görə, qolkiper 2-3 həftə meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Kurtua La Liqanın VIII turunda "Atletiko"ya qarşı oyunda zədə alıb.