"Real"ın hücumçusu Kilian Mbappenin Fransadakı populyarlığı əhəmiyyətli dərəcədə azalıb.
Offsideplus.az xəbər verir ki, fransızların 54%-i oyunçuya müsbət münasibət bəsləyir; bu, aprel ayı ilə müqayisədə 12% azdır. Onu mehriban hesab edənlərin faizi 58%-ə (-22%), xalqa yaxın sayanların faizi isə 57%-ə (-19%) enib. Respondentlərin 35%-i onun təvazökarlığını qeyd edir ki, bu da 31% azalma deməkdir.
Buna baxmayaraq, 73% Mbappenin "Real"da uğur qazanacağına inanır. Rəyi soruşulanların 52%-i onu Fransanın kapitanlığına uyğun hesab etmir.