"Almeriya"nın üzvü Mark Pubil karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, ispaniyalı müdafiəçi ilə "Atalanta" maraqlanır. Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. İddiaya görə, "Atalanta" "Almeriya"ya 20 milyon avro ödəyəcək.
Pubil Parisdə keçirilən Olimpiya Oyunlarının finalında meydana çıxacaq. Fransa ilə görüşdən sonra müdafiəçi tibbi müayinədən keçəcək.