"Real"ın üzvü Dani Seballos gələcəyi haqda qərar verib.

Offsideplus.az “TodoFichajes” nəşrinə istinadən xəbər verir ki, o, Madrid təmsilçisində karyerasına davam edəcək.

Yarımmüdafiəçiyə bir neçə təklif olsa da, o, komandadan ayrılmayıb.

2017-ci ildən "kral klubu"nun formasını geyinən futbolçunun adıçəkilən kollektivlə müqaviləsi 2027-ci ilin yayına qədəridr.