"Borussiya"nın hücumçusu Niklas Fülkruq karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Atletiko" maraqlıdır.
Tərəflər arasında danışıqlar başlayıb.
Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
31 yaşlı futbolçu geridə qalan mövsümdə 46 oyunda 16 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Alvaro Morata "Milan"la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.