"Barselona"nın futbolçusu Serxi Roberto komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Qeyd olunub ki, azad agent statusunda olan futbolçu Kataloniya klubundan xəbər gözləmək niyyətində deyil.

Belə ki, komanda maliyyə işlərini qaydasına salacağı təqdirdə, yarımmüdafiəçiyə yeni sözləşmə təklif edəcəklərini bildirib.

31 yaşlı oyunçu İngiltərə klublarından birinə keçmək istəyir.

2006-cı ildən La Liqa təmsilçisinin formasını geyinən ispan, bu müddət ərzində 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.