PSJ-nin hücumçusu Radnal Kolo Muani karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, fransalının xidmətində "Atletiko" maraqlıdır.
Madrid klubu 25 yaşlı oyunçunu Alvaro Moratanın əvəzləyicisi kimi düşünür.
Kolo Muani geridə qalan mövsümdə PSJ-nin heyətində 40 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Tərəflər yaxın vaxtlarda danışıqlara başlayacaq
Xatırladaq ki, Morata La Liqa klubundan ayrılmağa yaxındır.