"Barselona"nın baş məşqçisi Hans Flik cinah oyunçusu Joao Kanseloya ümid etmir.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis portuqaliyalını növbəti mövsüm üçün komandasında görmür. Flik ayrılmanın əsas səbəbi kimi oyunçunun qeyri-sabitliyini göstərib.
Xatırladaq ki, “blauqrana” ötən yay Kanselonu “Mançester Siti”dən icarəyə götürmüşdü. 2023/2024 mövsümündə portuqaliyalı futbolçu "Barselona"nın heyətində 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.