"Barselona" klubunun Robert Levandosvki ilə müqaviləsində maraqlı bənd var.

Offsideplus.az xəbər verir ki, bu şərtə əsasən Kataloniya təmsilçisi polşalı hücumçunu azad agent kimi komandadan getməsinə icazə verə bilər. Şərtdə deyilir:

"Robert bir oyunda start vermirsə, 45 dəqiqədən çox iştirak etmirsə və cari mövsüm 55% oyunlara çıxmayıbsa, klub futbolçu ilə milyonlar dəyərində olan müqaviləni ləğv edə bilər".

Bu barədə "Sport" nəşri xəbər yayıb.

Qeyd edək ki, Robert 2022-ci ildə "Barselona" ilə 4 illik müqavilə bağlamışdı.