"Real Madrid" klubu 2024-cü ilin əvvəlində PSJ-nin hücumçusu Kilian Mbappenin transferi üçün sonuncu dəfə hərəkətə keçəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. "Relevo"nun xəbərinə görə, 2024-cü il Kilian Mbappenin Madrid klubuna transferi üçün son şansı olacaq. 24 yaşlı forvard "Real"ın təklifinə rədd cavabı versə, klub bu transfer üçün danışıqlara həmişəlik son verəcək. 

Xəbərdə "Real Madrid"in yayda komandaya qoşulacaq Endrikdən əlavə, transfer bazarında digər seçimlərinin olduğu da bildirilib. 

Qeyd edək ki, "Real Madrid" - Kilian Mbappe "dastanı" uzun müddətdir ki, davam edir. Klub 2022-ci ilin yayında fransız oyunçunu heyətinə qatmaq istəsə də, Kilian PSJ ilə müqavilə bağlamış və bu, "Kral klubu" və futbolçu arasındakı güvəni sındırmışdı. 

Xatırladaq ki, Kilian Mbappenin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.