Madrid "Real"ı zədəli futbolçusu Vinisius Juniorun yerinə "Qalatasaray"ın hücumçusu Mauro İkardini transfer etməyəcək.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun meneceri Elio Pino “Real”a müştərisini almağı təklif etsə də, “kral klubu" bu transferdə maraqlı olmadığını bildirib.
Qeyd edək ki, bu mövsüm 30 yaşlı Mauro İkardi "Qalatasaray"ın heyətində 21 oyuna çıxıb, 16 qol vurub və 5 qolun ötürməsini verib.