"Atletiko"(Madrid) klubunun fransalı hücumçusu Antuan Qrizmann “Mançester Yunayted”ə keçməyəcək.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qrizmanla maraqlanmırlar və klub futbolçunun agenti ilə əlaqə saxlamayıb.

Bundan başqa, Antuan ispan klubundan ayrılmaq istəmir və bu səbəbdən hücumçu yayda Səudiyyə Ərəbistanından gələn təklifi də rədd edib.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in Qrizmanı transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.