Zədəsini sağaldan Arda Gülər “Real"ın məşqlərində uğurlu çıxış edir.

Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin çıxışı onun komanda yoldaşlarını da heyran edib. Arda Gülər məşq zamanı gözəl qol vurmazdan əvvəl Kamavinqanı driblinqi ilə aldadıb. Bu zaman Kamavinqa yerə yıxılıb. Luka Modriç isə gələrək Kamavinqanı yerdən qaldırıb. Lukanın həmin an Kamavinqaya dediyi sözlər İspaniya mətbuatında gündəm olub.

“Bu adam hamımızı təqaüdə çıxarmağa gəlib”, - deyə Modriç Arda Güləri öyüb.