"Real"ın futbolçusu Vinisius Junior növbəti dəfə irqçi təhqirlərə məruz qalıb.
Offsideplus.az xəbər verir ki, “Barselona” azarkeşləri bu dəfə dünən keçirilən “El Klassiko” zamanı braziliyalı futbolçunu təhqir ediblər.
Matçın 90+6-cı dəqiqəsində əvəzlənn Vinisius irqçi təhqirlərə məruz qalıb.
Qeyd edək ki, Vinisius meydanı tərk edərkən "Barselona" azarkeşlərini istehza ilə alqışlayıb. Ançelotti hətta futbolçunun əlindən tutaraq onu ehtiyat oyunçular skamyasına tərəf dartıb. Kataloniya təmsilçisinin azarkeşləri Vinisiusu “meymun” adlandıraraq ona qarşı irqçi hərəkətlər edib. Onlardan biri banana bənzəyən əşyanı oyunçuya tərəf atıb.