"Sevilya" rəhbərliyi Xose Luis Mendilibarın istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, klub tez bir zamanda məşqçi təyin etmək istəyir.
Bildirilir ki, "Sevilya" mart ayından işsiz qalan Antonio Kontenin namizədliyini nəzərdən keçirir. İtaliyalının son klubu “Tottenhem” olub.
Siyahıda Andre Villas-Boaş, Andoni İraola, Xavi Qarsiya və Marselino Toral da daxil olmaqla daha dörd nəfər var.
Qərar 24 saat ərzində verilməlidir.