"Sevilya" baş məşqçisi Xose Luis Mendilibarı istefaya yollayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalının müqaviləsinə xitam verilib.

Onunla yolların ayrılması komandanın uğursuz çıxışı ilə bağlıdır. 

"Sevilya" İspaniya Primerosunda 8 turdan sonra 8 xalla 14-cü pillədədir.