"Sevilya" baş məşqçisi Xose Luis Mendilibarı istefaya yollayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalının müqaviləsinə xitam verilib.
Onunla yolların ayrılması komandanın uğursuz çıxışı ilə bağlıdır.
"Sevilya" İspaniya Primerosunda 8 turdan sonra 8 xalla 14-cü pillədədir.