"Barselona" klubu Leo Messini komandaya qaytarmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı ulduzu keçmiş komandasına gətirməyi planlaşdırır. Bu barədə "Sport" nəşri məlumat yayıb. 

Messinin "Barselona"ya dönüşü isə "İnter Mayami" klubun MLS-dəki nəticəsindən asılı olacaq. 

Klub MLS-nin pley-offuna yüksələ bilməsə, "Barselona" yanvar ayında Messini icarə əsasında transfer etməyə çalışacaq.