İspaniyanın "Xetafe" klubu yeni transferi Meyson Qrinvudu təqdim edib.

 Offsideplus.az klubun saytına istinadla xəbər verir ki, 21 yaşlı sağ cinah vingeri bu gün ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, ingiltərəli futbolçu "Mançester Yunayted"dən icarə əsasında "Xetafe"yə keçib.

Onunla 2024-cü ilin 30 iyununadək müqavilə bağlanıb.

photo1693929590