Belçika yığmasının və Madrid "Real"ının futbolçusu zədələnib.
Offsideplus.az xəbər verir ki, o, Madrid təmsilçisini heyətində məşq zamanı sıradan çıxıb. 31 yaşlı qapıçının zədəsinin durumu ağır qiymətləndirilir. O, əməliyyat olunacaq.
Kurtua ən yaxşı halda gələn ilin aprelində meydana qayıda biləcək. Bu da o deməkdir ki, Belçika yığmasının qapıçısı Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinəqarşı oyunu buraxacaq.
Həmçinin qapıçının yeni mövsümdə ümumiyyətlə, meydana çıxa bilməyəcəyi ehtimalı da var.
Xatırladaq ki, Azərbaycan - Belçika oyunu sentyabrın 9-da keçiriləcək.