Uzun müddət yaşıl meydanlardan uzaq qalacağı iddiaları yayılan Arda Gülərin durumuna "Real"ın baş məşqçisi Karlo Ançelotti aydınlıq gətirib. 

Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bu barədə italiyalı mütəxəssis açıqlama verib:

"Arda Gülərin zədəsi? Bu ciddi problem deyil. Əməliyyat keçirməlidir, ya yox analiz etməyə çalışırıq. Arda maksimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq". 

Qeyd edək ki, daha öncə Ardanın zədəsinin 2-3 aya sağalacağı bildirilirdi.