Arda Gülər iyulun 30-u Bakı vaxtı ilə saat 01:00-da "Barselona" - "Real Madrid" yoldaşlıq matçında iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti söyləyib. Futbolçu fiziki yüklənmə yaşadığı üçün "Kral klubu"nun heyətində debüt edə bilməyəcək.
Klub mütəxəssisləri 18 yaşlı futbolçunu nəinki formasına qayıtmağa, həmçinin yarımmüdafiəçinin komanda səviyyəsinə çatması üzərində çalışırlar. Ardanın daha çox əzələ kütləsi qazanması üçün yeni proqram hazırlanıb.
Qeyd edək ki, Arda daha öncə "Milan" və "Mançester Yunayted"ə qarşı yoxlama matçlarını buraxmışdı.