"Korea League All-Stars" - "Atletico Madrid" yoldaşlıq matçında Azərbaycan millisinin üzvü Anton Krivotsyuk fərqlənib. 

Offsideplus.az xəbər verir ki, Krivotsyuk 46-cı dəqiqədə meydana daxil olub, 50-ci dəqiqədə qol vurub. 

Hazırda hesab 1:1-dir.

Qeyd edək ki, Anton Krivotsyuk "Tedjon Xana Sitizen" komandasına bu ilin fevralında Polşanın "Visla" (Plotsk) klubundan keçib.