"Barselona" klubunun mərkəz yarımmüdafiəçisi Niko Qonzales karyerasını Portuqaliya çempionatında davam etdirəcək.

 Offsideplus.az "Record"a istinadla xəbər verir ki, 21 yaşlı futbolçu "Porto"ya keçəcək.

Tərəflər artıq bu transfer üçün razılığa gəliblər.

Məlumata görə, keçid 10 milyon avroya başa gələcək.