"Real Madrid" gələn həftə 3 yeni transferi açıqlayacaq. 

Offsideplus.az xəbər verir ki, bu oyunçular Cud Bellinqem, Brahim Diaz və Fran Qarsiyadır. "Kral klubu" adı çəkilən futbolçuların təqdimatını "Santyaqo Bernabeu" stadionunda keçirməyi planlaşdırır. 

Cud Bellinqem tibbi müayinədən keçib, klubla uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin müddəti 2029-cu ilədək nəzərdə tutulub. 

Brahim Diaz icarədə olduğu "Milan"dan qayıdır, ispaniyalı yarımmüdafiəçi "Real"la 2027-ci ilədək razılıq əldə edib. 

Madrid klubu Fran Qarsiyanın komandaya qayıdışı üçün isə "Rayo Valyekano"ya 5 milyon avro ödəyəcək. 

 

Günay Xəlil