"Real"ın zədəli futbolçusu Vinisius Junior yaşıl meydanlara dönüb.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçunun "Atletik"ə qarşı La Liqanın son tur matçında iştirakı gözlənilir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, "Real" - "Atletik" matçı iyunun 4-ü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.