Karlo Ançelotti 2024-cü ildə Braziliya millisinə baş məşqçi  təyin edilə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri   Ednaldo Rodrigez italiyalı mütəxəssisin 2026-cı il dünya çempionatı üçün milli komandaya rəhbərlik etməsini istəyir.

Qeyd olunur ki, “Real" (Madrid) Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra komandanın baş məşqçisi və klubun prezidenti Florentino Peres görüş keçirib, onlar görülən və görüləcək işləri müzakirə ediblər, bundan sonra nələrin baş verəcəyi və qarşılıqlı münasibətlər barədə danışıblar. Layihənin davam etdirilməsi üçün əsas element kimi bəzi dəyişikliklər etmək lazım olduğu vurğulanıb. Ançelottinin daha bir mövsüm klubda qalacağına qərar verilib.

Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigez Ançelottinin dəvət olunması perspektivlərini başa düşmək üçün bu görüşün nəticəsini gözləyib. O, məşqçi ilə birbaşa danışıqlar aparan Kakanən italiyalı mütəxəssisin xidmətinə sözləşməsinin 2024-cü ilə qədər uzadıldığını bildirib.

CBF rəhbəri Ançelottinin 2024-cü il Amerika Kuboku başa çatdıqdan sonra milli komandaya baş məşqçi təyin olunmasını və 2026-cı il dünya çempionatında komandaya rəhbərlik etməsində maraqlıdır.

Qeyd edək ki, Ramon Menezes hazırda Braziliya yığmasının baş məşqçisi vəzifəsini icra edir.

Fəqan İbrahimli