Madrid "Real"ı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "kral klubu" "Liverpul"un braziliyalı mərkəz hücumçusu Roberto Firmino üçün hərəkətə keçib.

La Liqa nəhəngi 31 yaşlı forvardın keçidini yay transfer pəncərəsində həll etməyi düşünür. "Real" onu Benzemaya əvəzləyici olaraq görür.

Qeyd edək ki, "sambaçı" bu gün "Liverpul"un heyətində son oyununa ("Aston Villa" ilə matç - 1:1) çıxıb. 

Onu da bildirək ki, Firminonun "qırmızılar"la müqaviləsinin müddəti gələn ayın 30-da başa çatır.