"Barselona" klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi Münhen "Bavariya"sının yarımmüdafiəçisi Coşua Kimmixi sıralarına qatmaq niyyətindədir.

La Liqa klubu 28 yaşlı futbolçunu Serxio Busketslə dəyişmək istəyir.

Qeyd edək ki, Kimmixin "Bavariya" ilə 2025-ci ilədək müqaviləsi var.