2008-ci ildən "Barselona"da çıxış edən Serxio Buskets cari mövsümün sonunda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebasın iddiasına görə, Kataloniya təmsilçisi Leo Messiyə görə ispan yarımmüdafiəçi ilə vidalaşır. Belə ki, "Barselona" Messinin kluba qayıtmasını asanlaşdırmaq üçün Busketsi komandadan göndərib.
Maliyyə problemləri yaşayan "Barselona" argentinalı hücumçunun mümkün transferi üçün 150 milyon avro məbləğində yatırım etməlidir.
Kataloniya klubunda Frenki de Yonqdan sonra ən çox maaş alan futbolçu Serxio Buskets idi (40 milyon avro).