"Real Madrid" Toni Kroosla razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Alman yarımmüdafiəçi yeni müqavilə barədə bu sözləri deyib:

"Yeni müqavilə ilə bağlı danışıqlar qaydasındadır. Hər şey aydındır, bu barədə danışmağıma ehtiyac yoxdur". 

Qeyd edək ki, Kroos 2024-cü ilin iyununadək müqavilə imzalayıb. Rəsmi açıqlama tezliklə yayımlanacaq.