Toni Kroos "Real Madrid"lə müqavilənin müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb. Almaniyalı yarımmüdafiəçi 2024-cü ilin iyun ayınadək "Kral klubu"nun formasını geyinəcək. 

Müqavilə imzalanıb, klubun rəsmi açıqlamanı yayması gözlənilir.