Nikolo Zaniolo "Qalatasaray"a transfer olmamışdan öncə "Barselona"ya keçə bilərmiş.

 Offsideplus.az "Relevo"ya istinadən xəbər verir ki, bu barədə italiyalı futbolçunun meneceri Viqorelli məlumat verib. Onun sözlərinə görə 23 yaşlı yarımmüdafiəçi yanvar ayında Kataloniya təmsilçisinə transfer ola bilərdi: "Yanvar ayında "Barselona" onu transfer edə bilərdi, klubun siyahısında yer almışdı. Amma maliyyə səbəbindən təəssüf ki, alınmadı" - deyə, futbolçunun agenti bildirib.