FIFA referisi Mateu Lahoz İspaniya La Liqasında karyerasını bitirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 2022-23 mövsümü 46 yaşlı hakimin La Liqada sonuncu mövsümü olacaq.
Hakimlər Komitəsi məsələ ilə əlaqədar Lahoza məlumat verib.