Karlo Ançelotti Lionel Messinin "Barselona"ya mümkün qayıdışı ilə bağlı danışıb.

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis  35 yaşlı hücumçunun geri dönməsinin La Liqa üçün əla ola biləcəyini vurğulayıb. O, sözügedən məsələ ilə bağlı bunları söyləyib: 

"Leo xoşuma gəlir. Onun Kataloniya klubuna qayıtmasını istərdinizmi?

“Messi  "Barselona"da  istədiyini edə bilər. Mənim üçün problem deyil.

Messini bir futbolçu kimi bəyənirəm. Bu, İspaniya La Liqası üçün əla ola bilər” - deyə, “Real”ın baş məşqçisi bildirib.