"Barselona" klubunun zədəli futbolçuları - Pedri və Usman Dembele sıraya dönüblər.

Offsideplus.az xəbər verir ki, zədələrini sağaldan oyunçular komanda ilə məşqlərə də qatılıblar. 

Onların Kataloniya təmsilçisi “Atletiko” ilə növbəti oyununda iştirak etməsi gözlənilir. Yekun qərarı məşqçilər korpusu verəcək.