"Real Madrid" Luka Modriçlə müqaviləni yeniləyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Onunla sözləşmənin müddəti 2024-cü ilin yayınadək artırılacaq.
Qeyd edək ki, Modriçin "Kral klubu" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.