Adı Braziliya millisi ilə hallanan Karlo Ançelotti gələcək karyerası ilə bağlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, o, "Kadiz"lə La Liqa matçından öncə keçirilən mətbuat konfransında "Kral klubu" ilə müqaviləsindən danışıb:

"Əminəm ki, gələn mövsüm də "Real Madrid"in baş məşqçisi olacam. Müqaviləyə hörmətlə yanaşacağıq. Məncə, Florentino Peres də mənim qalmağımı və karyeramı burada etdirməyimi istəyir. O, hər zaman mənimlə səmimi olub. Bu klubdakı keçmişimdən və indi etdiklərimdən qürur duyuram".

Qeyd edək ki, "Kadiz" - "Real Madrid" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.