"Real"ın baş məşqçisi Karlo Ançelotti Luka Modriç, Kərim Benzema və Toni Kroosun komandadakı gələcəyi ilə bağlı açıqlama verib
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis sabah "Vilyarreal"la baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında bu sözləri deyib.
"Klub və adıçəkilən futbolçular arasında danışıqlar gedir. Xüsusi futbolçulardır. Onlar kimisini transfer pəncərəsində tapa bilməzsən. Məncə, Modriç, Benzema və Kroos gələn mövsüm də komandada olacaq".
Qeyd edək ki, hər üç futbolçunun "Kral klubu" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.