"Real"da Karlo Ançelottini əvəzləyəcəyi gözlənilən Zinəddin Zidan cari mövsümün sonunda yenidən "Kral klubu"na geri dönmək üçün rəhbərlik qarşısına iki şərt qoyub.

Offsideplus.az "Defensa Central"a istinadən xəbər verir ki, mütəxəssis fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponun məşqçilər korpusunda yer almasını istəyir.

Bundan başqa o, belçikalı ulduz Eden Hazarın komandada saxlanılmasının vacib olduğunu qarşı tərəfə bildirib. 

Qeyd edək ki,  Zidan 2021-ci ilin mayında "Real"ın baş məşqçi postundan ayrıldıqdan bəri işsizdir.

155047532263004876 1200x630 copy