"Barselona"nın sabiq futbolçusu Ronaldinyo argentinalı hücumçu Lionel Messinin karyerasını Kataloniya klubunda bitirməsini istəyir.

Offsideplus.az xəbər verir ki, keçmiş braziliyalı vinger bu barədə "Marca" nəşrinə açıqlamasında deyib: 

“Messi mənim üçün ən yaxşısıdır. Mən həmişə onu xoşbəxt görmək istəyirəm. "Barselona"da keçirdiyi bütün yaxşı illərdən sonra karyerasını orada bitirsə, əla olardı!”.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, 2021-ci ilin avqustundan PSJ-də karyerasını davam etdirir.