"Mançester Siti" və Braziliya millisinin qapıçısı Ederson Karlo Ançelotti barədə açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, o, italiyalı mütəxəssisin Braziliya yığmasına rəhbərlik edəcəyini söyləyib:
"Kazemiro, Vinisius və Miliato ilə danışmışam. Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmağı mümkündür. "Real Madrid"i ÇL-dən kənarlaşdırmağa çalışacağıq ki, Ançelotti mümkün qədər tez Braziliyaya gəlsin (gülür)".
Qeyd edək ki, "Real" da baş məşqçi vəzifəsinə Tuxel, Poçettino və Raul namizəddir.