İspaniyanın “Elçe” klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, komandanın cari mövsümdə uğursuz çıxış etməsi səbəbindən bu cür qərar alınıb. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

Xatırladaq ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından “Elçe”nin “sükanı arxasında” idi.

Qeyd edək ki, “Elçe” 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.