“Barselona” klubu İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı məğlub edib -1:0.

Offsideplus.az xəbər verir ki, bu matç Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bununla da, o, “el-klasiko”lar tarixində 22-ci qələbəsini rəsmiləşdirib.

Nəticədə, Buskets “Real”ın keçmiş futbolçusu Pako Xentonu qabaqlayaraq (21 qələbə), yeni rekorda imza atıb. İlk üçlüyü “Barsa”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike tamamlayır (19 qələbə).

Qeyd edək ki, “Barselona” – “Real” cütünün cavab qarşılaşması aprelin 5-də keçiriləcək.