Madrid “Real”ının hücumçusu Vinisius Juniora qarşı irqçilik edən azarkeşin cəzası məlum olub.

Offsideplus.az xəbər verir ki, kimliyi müəyyənləşdirilən həmin şəxs 4 min avro cərimə edilib.

Bundan başqa o, qarşıdakı bir il ərzində stadionlara girməkdən məhrum edilib. Sözügedən azarkeş nəinki futbol, hətta digər idman növlərinin keçirildiyi arenalara da buraxılmayacaq.