"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 23-cü turunda "Atletiko" (1:1) ilə keçirilən oyun haqqında danışıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis çempionluq uğrunda işlərinin çətin olmasına baxmayaraq, sona kimi mübarizə aparacaqlarını qeyd edib: “La Liqada işlər daha da çətinləşdi, amma biz vidalaşmırıq. "Real" sona qədər mübarizə aparmalıdır. Sonda nələr olacağını görəcəyik.

O, rəqibin vurduğu qol haqda da danışıb: "Rəqibin keyfiyyətlərinə görə qol buraxdıq. Qrizmann inanılmazdır hücumçudur. Onu ötürməsini Ximenez başla qapıdan keçirməyi bacardı". 

Ançelotti komandasının yorğun olması ilə bağlı fikirlərə də münasibət bildirib: "Bunun fiziki yorğunluq olduğunu düşünmürəm. Komandada daha çox zehni yorğunluq var. Bu da normaldır, çünki 50 gündə 17 oyun keçirmişik” - deyə, "Kral klubu"nun baş məşqçisi vurğulayıb.