"Sevilya" klubunun futbolçusu Adnan Yanuzay karyerasını "Başakşehir"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində oynayacaq.
Qeyd edək ki, Yanuzay 2022-ci ilin avqustunda ispan klubuna transfer olunub. O, bu komandada 6 matçda meydana çıxıb.