"Real" Edinson Kavani transfer etmək üçün PSJ ilə danışıqlara başlayıb. 

Offsideplus.az qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi uruqvaylı hücumçunun transferini Neymar və Kilian Mbappe ilə müqayisədə daha münasib  hesab edib. Buna görə də "Real" Kriştiano Ronaldonun "Yuventus"a keçməsindən sonra onun əvəzinə 31 yaşlı oyunçunu almağa qərar verib.

 Qeyd edək ki, Kavani ötən mövsüm 48 matçda 40 qol vurub.