İspaniya La Liqasının 19-cu turunda baş tutan "Levante" - "Celta" (0:1) matçından sonra meydan sahiblərinin yarımmüdafiəçisi Xefferson Lerma rəqib futbolçu Yaqo Aspasın irqçilik etdiyini bildirmişdi.

Offsideplus.az xəbər verir ki, Aspas bu ittihamı təkzib edib.

"Meydanda deyilən sözlər orda qalır. Buna görə onun mənə nə dediyini açıqlamaq istəmirəm. İstənilən halda, ona mənim adıma yazdığı sözü deməmişəm" - 30 yaşlı forvard klubun rəsmi saytına açıqlamasıda qeyd edib. "Celta" rəsmi açıqlamasında "fair play" qaydalarına meydanda və ondan kənarda futbolçuları tərəfindən əməl olunduğunu bildirib.

goal.az